Sağlamlığımız üçün düzgün qidalanma nə qədər vacibdirsə, yaxşı yuxuda o qədər önəmlidir. Düzgün istirahət əzələləri rahatlamağa və cavanlaşdırmağa kömək edir, bu da psixi sağlamlıq üçün faydalıdır. Bəs yuxusuzluq sizi narahat edirsə, bütün bu faydaları necə əldə edə bilərsiniz?

Gecə tez yuxuya getməyinizə kömək edəcək 5 qidanı size təqdim edirik.

1. İsti süd. Yatmazdan əvvəl bir stəkan isti süd yuxuya getməyinizə kömək edəcək. Südün tərkibində olan melatonin və serotonin beyni sakitləşdirir və əhval-ruhiyyəni sabitləşdirir. Bütün bunlar yaxşı yuxuya kömək edir.

2. Çobanyastığı çayı. Müalicəvi və sakitləşdirici xüsusiyyətlərə malikdir. Buda yuxuya müsbət təsir göstərir.

3. Bananın tərkibində təbii karbohidratlar var ki,buda yuxuya tez getməyinizə kömək edəcək . Bananın tərkibində stressi cilovlamağa və yaxşı yatmağınıza kömək edən faydalı probiotiklərin inkişafına səbəb olan fermentlər var.

4. Albalı. Tərkibində gecə epifiz tərəfindən ifraz olunan melatonin hormonu var. Bununla yanaşı, albalı psixi sağlamlıq üçün də faydalıdır.

5. Bal. Yaxşı yuxu üçün baldan istifadə etməyiniz tövsiyə edilir. Balın tərkibindəki təbii şəkər sayəsində insulinin səviyyəsi sürətlə yüksəlir.

 

Şərhlər