Tibb mütəxəssisləri dişlərə qulluqla bağlı əksərimizin etdiyimiz səhvləri açıqlayıb.
Bu sırada ilk yerdə yatmazdan öncə dişlərin fırçalanması vərdişi dayanır. Həkimlər dişləri təmizləməyi yalnız yeməkdən sonra etməyi məsləhət görür.
Həmçinin diş fırçasını təzyiqlə sıxaraq hərəkət etdirmək dişin emal qatını zədələyir.
Bundan əlavə diş fırçasını 3 aydan artıq istifadə etmək olmaz. Toplanan bakteriyalar orqanizm üçün xeyirdən çox zərər vəd edir.
Nəhayət, altı aydan bir dişləri yoxlatmaq onların sağlamlığını qorumaq üçün şərtdir