Saçların sağlamlığı gecə saatlarında başlayır, buna görə də yuxuya məsuliyyətlə yanaşmaq lazımdır.

Bəzi həyat tərzi dəyişiklikləri, o cümlədən yuxu rejiminiz saçınızın sağlamlığına böyük təsir göstərə bilər.

Tibbinfo.com saçınızın gecələr tökülmə səbəblərini araşdırıb size təqdim edir:

1.  İpək yastıq üzünə üstünlük verin.

Pambıqla müqayisədə ipək baş dərisinin yastığa sürtünməsini azaldır. Bundan başqa, pambıq yastıq üzlükləri  saçdan nəm çəkərək, onları daha quru, qıvrımlı və qırılmağa meyilli edir.

2. Yatağa yaş saçla uzanmayın.

Yatmazdan öncə duş almağı sevirsinizsə, yuxu zamanı qırılmaması üçün saçınızı tamamilə qurutduğunuzdan əmin olun. İmkan verin saçınız sərbəst şəkildə qurusun,  çünki fenlə qurutma onları daha incə edəcək.

3. Gecələr saç maskası istifadə edin.

Bu, yatmazdan əvvəl kremi üzünüzə sürtmək kimidir. Gecə saç maskalarının tərkibində saçın elastikliyini artıran, daha parlaq və idarə olunan hala gətirən bir çox komponent var.

Maskanı baş dərisinə çəkin. Baş dərisi müalicəsi yatarkən çox faydalıdır. Bu məhsulların tərkibində sağlam saç hüceyrələrinin böyüməsini stimullaşdıran maddələr var. Aloe vera və ya kokos yağı istifadə etməyə çalışın.

4. Yatmazdan öncə  saçları darayın.

Saçların daranması qan dövranını stimullaşdıracaq, yuxu zamanı saçınızın uzanmasına kömək edəcək.

5. Saçınızı yığmayın.

Saçlara zərər verən müəyyən saç düzümləri var və bunlardan biri onları sıx yığmaqdır. Çalışın yatmazdan öncə saçınızı açın və ya boş hörük edin.

Şərhlər