Yeni Zelandiya alimləri milyonları şəkərli diabet bəlasından xilas edəcək inqilabi bir kəşf üzərində çalışır.
Çox maraqlıdır ki, diabeti məhv edəcək bu tərkib tamamilə təbii məhsuldur. Belə ki, Dahlia(Ulduz çiçəyi) bitkisindən alınan ekstrakt başlamaqda olan diabeti məhv etməkdə olduqca effektiv nəticələr göstərir.
Preparat artıq şəkərli diabet əlamətləri baş qaldıran pasiyentlərdə törədiciləri vaxtında və effektiv məhv etmək xüsusiyyətlərinə malikdir.
2015-ci ildən aparılan elmi tədqiqat nəticəsində artıq kapsullar istehsal edilib. Siçovullar üzərindəki sınaq qanda şəkəri əhəmiyyətli dərəcədə aşağı salaraq uğurla başa çatıb. Hazırda isə 20 seçilmiş insan üzərində sınaqlar aparılır.
Tədqiqatın müəllifləri bildirir ki, preparat milyonlarla insanın həyatını müsbətə dəyişməyə yardımçı olmaq potensialına malikdir.
Qeyd edək ki, “ulduz çiçəyi” bitkisi payızda çiçək açır və vətəni Meksikadır. Vaxtilə Avropaya da gətiriən bitki Hollandiyada geniş şəkildə becərilir.