Yaponiya Səhiyyə Nazirliyi ABŞ istehsalı olan koronavirusa qarşı Moderna peyvəndindən istifadəni dayandırıb.
Tibbinfo bildirir ki, buna səbəb peyvəndin tərkibində insan sağlamlığına zərər verən maddələrin aşkarlanmasıdir.
Yaponiya buna görə 1 milyon 630 min dozanın istifadəsinə qadağa qoyub. Həmin vaksinlərdə ‘yad, naməlum və zəhərləyici cism’lər aşkarlanıb.
Yaponiya hökuməti məsələ ilə bağlı istehsalçı şirkəti məlumatlandırıb, araşdırmalar aparılır.