Qəhvə qan  təzyiqini aşağı salan içkilərdən biridir. Bu barədə Yahoo News Japan-a həkim Hirosiqe İtakura məlumat verib.

Onun sözlərinə görə, bunun səbəbi, qəhvənin tərkibində ki, güclü antioksidant təsiri göstərən xlorogen turşusudur.

“O, təzyiqi sabitləşdirir, həmçinin aterosklerozun inkişafının qarşısını alır”, – deyə həkim bildirib. Bundan əlavə, xlorogen turşusu yağ yandırıcı və antibakterial təsir göstərir, qaraciyər funksiyasının azalmasının qarşısını alır və qan damarlarında tıxanıqlığının əmələ gəlməsini azaldır.

Xlorogen turşusunun təsirini artırmaq üçün qəhvəyə bir az sirkə əlavə etmək olar. Bu vəziyyətdə təsir güclənir və elementlərin birləşməsi qan təzyiqinin hormonal tənzimlənməsini stimullaşdırır.

Sirkəyə alternativ olaraq limon və ya limon suyu əlavə edə bilərsiniz . Onlar birlikdə sağlamlıq üçün çox faydalıdır”, – deyə həkim yekunlaşdırıb.

Şərhlər