Yanıq zamanı nə etməli? – Olar və olmazlar
Tibbinfo.com olaraq sizin üçün yanıqlar haqqında tam bir bələdçi hazırladıq. Yanıqlar zamanı nə etməli , evdə necə müalicə etməli olduğunuzu sizinlə bölüşürük.
Yanıqların dərəcələri.
Hazırda mütəxəssislər yanıqların bir neçə dərəcəsini fərqləndirirlər.
I dərəcə – bunlar epidermisin və dərinin yuxarı təbəqələrinin (dermis) təsirləndiyi səthi yanıqlardır.
II dərəcə – bunlar dərinin demək olar ki, bütün dərinliyinə qədər təsir etdiyi, lakin bir çox dəri törəmələri (saç kökləri, yağ və tər vəziləri) təsirlənməyən sərhədli yanıqlardır.
III dərəcə – bunlar dərinin tamamilə təsirləndiyi dərin yanıqlardır, hətta əzələlər və sümüklər də təsirlənə bilər.
IV dərəcə – yalnız dərinin deyil, həm də daha dərin toxumaların – əzələlərin, hətta sümüklərin nekrozu və hətta yanması olduğu təyin edilir. Ölü toxuma bir neçə həftə ərzində qismən əriyir. Sağalma çox yavaş olur. Dərin yanıq yerlərində kobud yara izləri əmələ gəlir.
“ Yanıq qurbanlarına” dərhal ilk yardım olunmalıdır. Birincisi, mümkünsə yanmış səthlə təmasda olan bütün əşyaları (geyim, ayaqqabı, zərgərlik) çıxarmaq lazımdır. Bu vəziyyətdə yanıq yaraları üzərində heç bir manipulyasiya aparılmır. Yapışan paltar yandırılmış səthdən qoparılmamalıdır, yaranın ətrafından kəsib çıxarılmalıdır.
Yanmış səthi axar su ilə soyutmaq lazımdır. Bu, toxumaların həddindən artıq istiləşmə müddətini azaldır, yanıqların dərinləşməsinin qarşısını alır.
Soyutma şişkinliyi və ağrını azaldır, yanıq yaralarının yaxşılaşmasına faydalı təsir göstərir. Yanıq xəsarəti almış bir yaralıya ağrıkəsicilər verilməlidir (məsələn, analqin, pentalgin və ya ketanal tableti) və antihistaminiklər (məsələn, suprastin, tavegil və ya klaritin tableti) və qusma olmadıqda, xüsusilə də geniş yanıqlarda, su içirtmək.
Təcili yardım maşını gəlməzdən əvvəl “şok əleyhinə terapiya” olaraq qazsız mineral su və ya tərkibində soda və duz həll edilmiş su. (1 litr su üçün – 1 çay qaşığı duz və 0,5 çay qaşığı soda) saatda 1-1,5 litr həcmində içildirməlidir.
Evdə 1 -ci və 2 -ci dərəcəli yanıqların müalicəsi üçün vasitələr
1. Məlhəmlər – “Levomekol”, “Pantenol”, “Spasatel” balzamı;
2. Soyuq kompreslər;
3. Quru parça sarğı ;
4. Antihistaminiklər – Suprastin, Tavegil və ya Claritin içirtmək ;
5. Aloe vera;
İstifadə edilə bilməz
1. Kərə yağı ;
2. Bal ;
3. Propolis ;
4. Buz ;
5. Diş pastası;
6. Kimyəvi maddələr.
Ayşə Nəbiyeva