Kaliforniyanın David Geffen Tibb Məktəbinin İnsan Qidalanması Mərkəzinin araşdırmasına görə üzüm polifenol və lif mənbəyidir. Üzüm tozunun böyüklərdə bağırsaq mikrobiomuna , xolesterin və öd turşusu metabolizminə təsirini araşdırmaq üçün bir tədqiqat aparılmışdır.

Qeyd olunub ki, bir aylıq gündəlik üzüm tozundan istifadə etdikdən sonra iştirakçıların bağırsaq mikrobiomunun müxtəlifliyində artım qeydə alıblar. Üzüm tozunun qəbulu ümumi xolesterini 6,1%, HDL xolesterini isə 7,6% azaldıb.

Bundan əlavə, üzümün öd turşusunun səviyyəsini 40,9% aşağı salan faydalı təsirləri olduğu sübut edilib. Eyni zamanda, qanda və digər mühüm birləşmələrdə və mikroelementlərdə trigliseridlərin səviyyəsi dəyişməyib.

 

Şərhlər