Xəyanət – təəccüblü bir hadisədir. Bir tərəfdən xəyanət çox yayılmış bir hadisədir və bizlərdən bir neçəsi bu hadisə ilə dəfələrlə rastlaşmalı olmuşuq. Digər tərəfdən isə hər dəfə güclü ürək ağrısı keçirirsən və belə bir təsəvvür yaranır ki, sanki dünya bir daha birləşə bilməyəcəyi xırda hissələrə bölünmüşdür. Belə güclü təlaşa düşəndə insan ziddiyyətli hərəkətlərə əl ata bilər, intiqam, münasibətlərə aydınlıq gətirilməsi, yaranmış vəziyyəti araşdırma kimi fikirlərə qulluq edə bilər. Bu təbiidir, hamımız bu bəladan tezliklə azad olmağa çalışırıq və bundan sonra necə yaşayacağımıza qərar veririk. Əksər hallarda belə qərarlar münasibətlərin pozulmasına gətirib çıxarır. Psixoloqlar məsləhət görürlər ki, əsasən affekt vəziyyətində heç bir kəskin hərəkətə yol vermək olmaz. Müəyyən qədər vaxt keçməli, insan sakitləşməli və ağılla necə hərəkət edəcəyini düşünməlidir. Bu çətin vəziyyətdən çıxmanın bir çox yolları var. Nə qədər çətin olsa belə olanları başa düşmək, araşdırmaq və düzgün qərar vermək üçün qəlbən özündə sakitlik yapmaq əsasdır. Bu vəziyyətdə psixoloqla söhbət, səyahət, iş, idman kömək ola bilər. Daxili tarazlığı aldıqdan sonra vəziyyəti təhlil etmək olar. Xəyanətin müxtəlif səbəbləri mövcuddur.
1. Sönmüş məhəbbət.
Əlbəttə, bu halda partnyorunla qarşılıqlı münasibətlərə aydınlıq gətirməli və özündə qüvvə toplayıb bu münasibətlərdən uzaqlaşmalısınız. Əvvəl-axır partnyorunuz özündə qüvvə toplayıb bunu sizə aça bilməmişdir. Odur ki, onu məhəbbətin yoxluğunda yox, məhz bunu sizə deyə bilməməsində qınaya bilərsiniz.
2. Qarşılıqlı münasibətlərdə problem.
Qarşılıqlı münasibətlərdə yaranmış problem məhəbbətin itməsinin problemi deyil. Əksinə, belə xəyanət ondan xəbər verir ki, qarşı tərəf adi yolla məhəbbətin qaytarılması problemini edir. Məsələn, kişi hiss etsə ki, həyat yoldaşı ondan uzaqlaşır, onda birdən-birə katibəsinə meyllilik, həvəs yaranacaqdır. Katibəyə qarşı bu meyllilik sevgi deyil, sadəcə öz hisslərini tarazlaşdırmaq məqsədi güdür. Yəni, həyat yoldaşına qarşı iddia eləməkdənsə insan ağılsızcasına xəyanət yolunu seçir. Psixoloqlar dəfələrlə deyirlər ki, xəyanət bəzən münasibətlərin stabilləşməsinə gətirib çıxarır. Xəyanəti yaşamış bir çox insanlar başa düşürlər ki, qarşı tərəfə daha diqqətli, nəzakətli, anlaşıqlı yanaşmaq lazım imiş.
3. İnsanın hər hansı daxili problemlərinin siqnalı
Belə problemlər çoxluq təşkil edir. Məsələn, ciddi münasibətlərə hazır olmamaq. Bir çox hallarda belə insanlar qarşı tərəflə münasibətdə elə fikirləşirlər ki, bu anlaşma prinsipial olaraq başqa həddə keçir və daxili qorxu onu xəyanətə sürükləyir. Belə hallarda insan özü çox əzab çəkir. Çünki qarşı tərəf ciddi münasibətlərin olmasını istəyir, digər tərəf isə nədənsə daxilən qorxur, çəkinir. Həmin digər tərəf daxili problemləri olduğundan özünəinamı itirir. Bir çox hallarda tez-tez intim münasibətlər yaşadıqdan sonra qadın və ya kişi özünə qiymət verməyi bərpa edir və özünün həqiqətən hər şeyə qadir olduğunu sübuta yetirir. Amma tamamilə özünəinam olmadığı təqdirdə onu demək olar ki, bu çox dərin daxili bir problemdir və təəssüflər olsun onu heç cür düzəltmək olmur. Belə insanlar bəzən həyatlarının sonuna kimi bu daxili inamsızlıqla, problemlərlə yaşamalı olurlar.
Digər bir problem, məsələn, belə bir stereotip yayılıb ki, əsl kişinin həyat yoldaşından əlavə sevgilisi də olmalıdır. Yaxud bir nəfərə qarşı sadiq qalmaq ona qarşı asılılıq yaradır ki, bəzi hallarda da insan bundan uzaqlaşmaq üçün yollar axtarır.
Bəlkə xəyanət faktoru ilə üzləşmiş sevən bir insan mənfi emosiyalara qapılmaqdansa şəraiti başqa cür qiymətləndirməyə çalışsın? Belə şəraitdə yada salmaq lazımdır ki, xəyanət sadəcə bir siqnaldır, əgər onu düzgün başa düşsək onda nəinki hər şeyi dağıtmaq, hətta hər şeyi yeniləmək və münasibətləri yaxşılaşdırmaq mümkündür…