Xəstə sağlamlıqla bağlı bütün suallara mümkün qədər dəqiq cavab verməlidir. Bu olmadan, bir mütəxəssisin nəticələri və sonrakı məsləhətləri doğru ola bilməz.

Həkimlər və elm adamları xəstənin yalanları ilə bağlı məlumat yayıblar. TermLife2Go sığorta şirkəti 500 nəfər arasında keçirilən sorğunun məlumatlarını dərc edib. Xəstələrin yalan danışdıqları ortaya çıxıb: Respondentlərin 46% – siqaret haqqında; 43% – fiziki fəaliyyət haqqında; 38% – alkoqol haqqında; 29% – cinsi tərəfdaşları haqqında yalan danışıblar.

Gizlədilmənin əsas səbəbi utancaqlıqdır. Ancaq başqa səbəblər də vardır: məsələn, 33% – əsasən qadınlar – ayrı – seçkilikdən qorxub, 22% inanıb ki, həkim həqiqəti öyrənsə onları sadəcə ciddi qəbul etməyəcək.

Bir adam həkimdən mühazirə eşitmək istəmədiyi üçün spirtli içki içdiyini gizlədər, çünki qınaq obyekti olmaqdan qorxur. Xəstələr həkimlərə depressiyadan şikayət edə bilmirlər. Bu, dərman qəbul etmək istəməmələri və ya tibbi qeyddə depressiya haqqında məlumat olmasını istəmədikləri üçündür.

Oxumağa dəyər:   Putinin şəxsən mükafatlandırdığı ‘xərçəng qənimi’ həkimdən bu xəstəlik barədə hər kəsin bilməli olduğu məlumatlar

Yanlış təsəvvürlər, “hoqqabazlıq” və sadəcə unutmaq çox tez -tez görülür. Bunların nəyə gətirib çıxara biləcəyinə dair tibbinfo.com bəzi nümunələri sizə təqdim edir:

1 . Lazımsız müalicə;

Təyin olunmuş dərmanları qəbul etməməyinizi, həkiminizə deməyi unudursunuz. Həqiqətən də bunu qəbul etmək çətin ola bilər. Ancaq mütəxəssislər bu cür müalicənin nəticəsindən razı deyilsə, dərmanın dozasını artıra və ya əlavə dərmanlar təyin edə bilər. Əlavə dərman yüklənməsi yeni arzuolunmaz təsirlərə səbəb ola bilər. Səmimi ünsiyyət ilə bu cür halların qarşısını almaq olar.

2. Təhlükəli dərmanların qarışımının təsiri;

İnsanlar bəzən hansı dərman və əlavələri qəbul etdikləri barədə danışmırlar. Bunlar ağrı kəsicilər, vitaminlər, minerallar və digər vasitələr ola bilər. Nisbətən təhlükəsiz ola bilərlər, ancaq həkiminizin yazdığı yeni dərmanlarla qəbul edildikdə , əlavə əks təsirləri ola bilər. Potensial nəticələrə baş ağrısı, qaraciyərin zədələnməsi, həzmsizlik və bir çoxları daxildir. Bunun baş verməməsi üçün həkim hər şeyi bilməlidir.

Oxumağa dəyər:   Putinin şəxsən mükafatlandırdığı ‘xərçəng qənimi’ həkimdən bu xəstəlik barədə hər kəsin bilməli olduğu məlumatlar

3 . Alkoqol və siqaret

Alkoqol qəbulu qan və sidik testlərində dəyişikliklərə, patoloji simptomların ortaya çıxmasına səbəb ola bilər. Həkim, insanın alkoqol qəbul etdiyini bilmirsə, müalicə ilə əlaqədar səhv qərarlar verə bilər.

Beləliklə, həkimlərin suallarını nə qədər dürüst cavablandırsanız, müalicə də daha təsirli nəticələr verər.

 

Şərhlər