Şotlandiya alimlərinin xərçəng xəstəliyinə dair yeni araşdırması immun sisteminin qorunmasının bu qorxulu xəstəliyə sədd çəkdiyini bir daha təsdiq edib.
Alimlər bildirir ki, insan yaşlandıqca təbii olaraq immun sistemi zəifləyir və onkoloji proseslərə qarşı daha kövrək olur.
Bu səbəbdən insanlar immun sisteminin gücləndirilməsi üçün zəruri olan bütün vasitələrdən (effektiv qidalanma, aktiv həyat tərzi, stressdən qaçmaq və s.) istifadə edərək xərçəng riskindən də bir o qədər uzaqlaşmış olarlar.