Hər birimiz internetdə üzə tətbiq üçün “möcüzəvi maska” reseptləri ilə gündəlik qarşılaşırıq. Şişirdilmiş məlumatlarda həmin maskaların tətbiqi ilə müxtəlif simptomlardan “birdəfəlik” xilas olmaqla bağlı cəfəng fikirlər də yer alır. Lakin internetdə yazılan hər resepti bir əlac üsulu kimi istifadə etmək ciddi fəsadlara yol aça bilər. Hətta həmin respetlərdə bahalı olmayan gündəlik istifadə məhsulları, meyvələr, maddələr olsa belə diqqət etməniz gərəkdir. Bu yazıda sizə maskalara daxil edilməsi qadağan edilən və ya yalnız müətəxxsis tərəfin istifadə edilməli bəzi maddə və məhsullar barədə məlumat verəcəyik. Bu tərkiblər dəri üçün olduqca təhlükəli və zədələyici nəticələrə gətirə bilər.
- Diş məcunu – bir çox kosmetoloji respetlərdə üzə bu maddəni sürtmək və ya onun qarışıqlarını tövsiyə etmək geniş yayılıb. Lakin tibbi araşdırmalara əsasən üzdəki qızartılar və qüsurlara diş məcunu sürtmək ciddi əks təsirə yol aça bilər. Belə ki, kimyəvi tərkibi səbəbilə bu maddə nəinki dərini yaxşılaşdıracaq, əksinə onu qurudaraq problemi daha da böyüdəcək, balansı pozacaq və hətta kimyəvi yanığa belə səbəb ola biləcək.
- Şəkər – dodaqlar üçün tətbiqi problematik olmasa da, üz dərisi üçün zədələyici təsirlər yarada bilər. Sərt kristallik quruluşu şəkər tozunun üzə istifadəsini istisna etdirir.
- Hidrogen Peroksid – bu antiseptik maddəsiz yara və kəsiklərin müalicəsinin təsəvvür etmək olmasa da, üzdəki qüsurlar üçün heç də məsləhətli sayılmır. Onun tətbiqi üzdə qızartı və yanıq ehtimalının daha da artırır ki, bu da sonra uzun bərpa müddəti tələb edir.
- Limon suyu – Konsentrə olunmuş limon şirəsi dəri üçün dağıdıcı, qıcıqlandırıcı və hətta soyulducu nəticələr yarada bilər. Düzgün istifadə edilməməsi dəridə yanıqlara və qüsurlara yol aça bilər. Bu maddənin gözəllik üçün istifadəsi geniş yayılsa da yalnız müətxəssis tərəfindən icra və nəzarət edilməsi şərtdir.
- Soda – dəridən qara ləkələrin itirilməsi üçün əvəzedilməz xüsusiyyətlərə malik olmasına baxmayaraq, yanlış dozada və üsulla tətbiqi dərinin epidermal qatının məhvi, quruma və sürətlə yaşlanma problemlərinə gətirə bilər.