Həkimlər, bədənin sümük toxumalarında kalsium itkisindən qaynaqlanan bir xəstəlik olan osteoporoz üçün xüsusi sağlam pəhriz və preparatlar tövsiyə edirlər. Xəstəliyin qarşısını almaq üçün pəhriz , kifayət qədər D vitamini və kalsium qəbul etmək vacibdir.
İnsan hər gün qida ilə bir qram kalsium və 600 milliqram D vitamini qəbul etməlidir.
Həkim müəyyən şərtlərdə kalsium miqdarını artırmağı tövsiyə edə bilər, ancaq təyin olunmuş dozanı aşmaq təhlükəlidir. Lazımi dozanı artırdıqda, yan təsirlər görülə bilir.
2 qramdan çox qəbul etməməlisiniz. Əks halda zəiflik, yorğunluq, qıcolma kimi xoşagəlməz simptomlar yarana bilər.