Böyüklər kimi uşaqların həyatında da stressli dönəmlər olur. Stress uzun zaman davam edərsə ciddi nəticələrə gətirib çıxara bilər. Bəs stresslə necə mübarizə aparmalı. Yeni tədqiqat ev heyvanlarının bu sahədə effektivliyini isbat edib.

Tibbinfo xəbər verir ki, Amerika Psixologiya İnstitutunun apardığı araşdırmalara görə uşaqların üçdə biri stressin müxtəlif dərəcələrinə məruz qalır. Bu onlarda müəyyən fiziki əlamətlərlə müşahidə olunur: yuxusuzluq, baş və diş ağrıları və s.

Məlumdur ki, ev heyvanları yetkin insanları sakitləşdirməklə onların stress atmasında mühüm rol oynayır. Bəs uşaqlarda necə? Florida Universitetinin apardığı araşdırma maraqlı nəticələrlə sona çatıb. Təcrübədə bir qrup uşaqdan müxtəlif vəziyyətlərdə stressgətirici tapşırıqları icra etmək tələb olunub. Araşdırma belə bir qənaətə gəlib ki, uşaqlar ev heyvanları yanlarında ikən stressə qarşı daha davamlı olurlar və özlərini daha sərbəst hiss edirlər. Maraqlıdır ki, balacaların özlərini valideynləri ilə müqayisədə ev heyvanları ilə daha rahat hiss etdikləri aşkarlanıb.

Oxumağa dəyər:   Putinin şəxsən mükafatlandırdığı ‘xərçəng qənimi’ həkimdən bu xəstəlik barədə hər kəsin bilməli olduğu məlumatlar

Qeyd edək ki, araşdırma 7-12 yaşlı uşaqlar üzərində aparılıb və nəticələr daha kiçik yaş kateqoriyaları üçün keçərli olmaya bilər.

Şərhlər