Britaniyadan olan tədqiqatçılar 22:00-23:00 arası yuxuya gedən insanların ürək-damar xəstəliklərinə tutulma riskinin daha az olduğunu müəyyən ediblər. Yuxuya getmək üçün ən yaxşı vaxta həsr olunmuş məqalə European Heart Journal – Digital Health jurnalında dərc olunub.

Huma Therapeutics, UK Biobank tədqiqatında 88 000-dən çox iştirakçının məlumatlarını təhlil edib. Onların nə vaxt yuxuya getdiyi və oyandığı barədə məlumatlar 7 gün ərzində biləkdə taxıla bilən akselerometrlər vasitəsilə toplanıb. Bundan əlavə, alimlər onların fiziki vəziyyətini və sosial vəziyyətini də qeydə alıblar. İştirakçıların səhhəti 6 il ərzində izlənilib. Alimlər müəyyən ediblər ki, bu müddət ərzində 3172 iştirakçı (3,6 faiz) ürək-damar xəstəliyinə tutulub.

Tədqiqatçılar yuxuya getmə vaxtı ilə ürək-damar xəstəlikləri arasında əlaqəni təhlil ediblər. Müəyyən edilib ki, gecə yarısı və ya daha sonra yuxuya gedənlərin 22:00-23:00-da yuxuya gedənlərlə müqayisədə ürək-damar xəstəliyinə tutulma riski 25 % çoxdur. Bundan tez yatanlarda 24 %, saat 23:00-dan 24:00-a qədər olan müddətdə bunu edənlərdə 12 % yüksək olub.

Əlavə təhlillər göstərib ki, ürək-damar xəstəliyi riskinin artması qadınlarda daha güclüdür, kişilərdə isə bu, yalnız saat 22:00-dan tez yuxuya gedənlər üçün əhəmiyyətli olaraq qalıb.

Şərhlər