Tibb alimləri yatarkən yüksək səslə xoruldayan insanlarda digər ağır xətəliklərin yaranma riskinin adi insanlarla müqayisədə dəfələrlə artdığını bildirirlər.
Belə ki, burnunda problem səbəbindən yuxuda ikən insan beyninə oksigen tədarükü çatışmazlıqla yerinə yetirilir və bu, beyin hüceyrələrinin tədricən məhvinə gətirir.
Bu isə yaddaş pozğunluğu və Alzheimer xəstəliyi ilə nəticələnə bilər. Bu səbəbdən övladlarınız və yaxınlarınızda ucadan xoruldamaq problemi varsa, buna adi bir məsələ kimi baxmamaq və müalicəni gecikdirməmək məsləhət görülür.