Xüsusən kişilərdə daha çox rast gəlinən saç tökülməsinin yaratdığı kompleks və diskomfort şübhəsizdir. Bu vaxta qədər əsas çıxış yolu kimi tibb mütəxəssisləri tərəfindən saç əkimi metodu tətbiq edilsə də, bu üsulun ləng, ağrılı və problematik cəhətləri əsas mənfiləri sayılır.

Yapon alimlərinin yeni metodu isə bu sahədə inqilabi irəliləyişə gətirə bilər. Gündoğan ölkənin mütəxəssisləri 5000 hüceyrə qrupundan ibarət saç kökləri formalaşdıran bir metod üzərində təcrübəni artıq uğurla yekunlaşdırıb.

Belə ki, gəmiricilər üzərində aparılan tədqiqat zamanı hüceyrə şəbəkəsi bu canlıların bədən və baş nahiyəsinə transplantasiya edilib. Nəticə isə heyrətamiz olub.

Yeni əmələ gələn tüklər digərlərindən demək olar ki, heç nə ilə fərqlənməyib. Yapon alimləri hesab edir ki, müvəffəqiyyətin əsas səbəbi saç cücərməsi üçün tamamilə yeni bir qatın seçilməsi və oksigen keçirici orqanik maddədən istifadə olunmasıdır. Bu vaxta qədər bu həcmdə transplantasiya mümkünsüz idi.

Şərhlər