Tibbə dair 17 maraqlı fakt – Bilirsinizmi?
Tibbinfo.com insan orqanizminə aid 17 maraqlı faktı təqdim edir.
– Ən ağır insan orqanı dəridir. Böyüklərdə 2,7 kq ağırlığında olur;
– Ən ağır daxili orqan qaraciyərdir, çəkisi 1,5 kq-dır;
– Ürəyin orta çəkisi cəmi 325 qramdır;
– İnsan böyrəyi 1.000.000-dən çox mikroskopik borucuqdan ibarətdir. Bütün bu boruların ümumi məsafəsi 65 km-ə çatır;
– Bədəninizdəki qan təzyiqi 10 metr məsafədən qanı “vurmaq” üçün kifayətdir;
– Ehtiraslı bir öpüş dəqiqədə təxminən 6,4 kalori itirmək deməkdir!
– Eyni ehtiraslı öpüşlə 278 bakteriya ötürürsünüz;
– 60 yaşına sonra insanların çoxu dad reseptorlarının yarısını itirmiş olur;
– Bir insan həyatı boyu təxminən 450 kq qırmızı qan hüceyrəsi istehsal edir;
– Dünyada ən çox yayılmış yoluxucu xəstəlik diş kariesidir;
– Bütün bağırsaq bakteriyalarını toplasanız, qəhvə fincanını doldura bilərsiniz;
– Gündə iki dəfə gülümsəmək qan təzyiqinizi aşağı sala bilər;
– İnsan nitqi üçün 72 əzələ yetərlidir;
– Həyatı boyunca bir insanın saçı orta hesabla 950 km uzanır;
– Qadının ürəyi kişidən daha sürətli döyünür.
– Qadınlar kişilərdən təxminən 2 dəfə çox göz qırpırlar;
– Əl dırnaqları ayaq dırnaqlarından təxminən 4 qat daha sürətli böyüyür.
Türkay Rəsulova