Döş xərçəngi dünyada ən çox görülən xərçəng növlərindən biridir. Buna görə də hər bir qadın vaxtında aşkar etmək, həkimə müraciət etmək və vaxtında müalicə almaq üçün döş xərçənginin əsas əlamətlərini bilməlidir.
Xərçəng hüceyrələri ümumiyyətlə, məmələrin lobüllərində ya da məmədəki süd dranej kanallarında meydana gəlir.  Süd vəzisi xərçəngi ən çox menopoz dövründəki qadınlarda rast gəlinir, lakin hər hansı bir yaşda da ortaya çıxa bilər.
Xəstəlik kişilərdə də görülməsinə baxmayaraq, olduqca nadirdir. Hər 100 qadına qarşı bir kişidə görülməkdədir.
Döş xərçəngi haqqında qısa məlumat:
  • Yalnız qadınlar deyil, kişilər də xəstələnə bilər;
  • Hər yaşda baş verə bilər ;
  • Hamiləlik dövründə, düzgün olmayan pəhriz və reseptsiz satılan progesteron dərmanları səbəbiylə şiş inkişafı riski arta bilər;
  • Döşdə silikon implantlar olsa belə, xərçəng inkişaf edə bilər;
  • Bir qadının nə qədər çox uşağı varsa, xəstələnmə ehtimalı da o qədər yüksəkdir;
  • Erkən diaqnoz uğurlu müalicənin açarıdır.
Bu vəziyyətdə birləşmiş diaqnostik metodlardan istifadə etmək vacibdir – mamoqrafiya  yeganə müayinə üsulu ola bilməz.
İlkin simptomlar nələrdir?
  • Sinə rənginin dəyişməsi;
  •  Asimmetriya və şişkinlik, qıvrımların ortaya çıxması;
  • Süd vəzindən axıntı. Axıntının açıq rəngli və ya qan rəngli olması;
  •  Ağrı və düyünlərin əmələ gəlməsi.
Döş xərçəngi yalnız qadınlar üçün problem deyil. Güclü cinsin nümayəndələri arasında da süd vəzisi xərçənginə rast gəlinir.  Araşdırmalar göstərir ki, 65-75 yaş arası kişilər risk altındadır, şiş meydana gəlməsinin zirvəsi 71 yaşdır.
İsveçrədə aparılan bir araşdırma kişilərdə döş xərçənginin meydana gəlməsində irsiyyətin ən böyük təsirə malik olduğunu müəyyən edib. Qadınlarda bədxassəli şişlərin görünüşünə genetikanın təsiri bir neçə dəfə aşağıdır ki, bu da cinsiyyətdən asılı olaraq xəstəliyin fərqli inkişaf mexanizmlərini göstərir.
Döş xərçənginin yalnız müəyyən bir yaşda meydana gəldiyinə dair bir mif var. Təəssüf ki, bu, belə deyil. Bəlkə də, bu fikir müxtəlif yaş qrupları üçün diaqnostik metodların nəticələrindəki fərq səbəbiylə ortaya çıxıb. Məsələn, xəstə nə qədər yaşlı olarsa, mamografiya zamanı neoplazmanı görmək o qədər asan olar. Ultrasəs diaqnostikası ilə isə hər şey tam əksinədir: bu üsul 35 yaşdan aşağı insanlar üçün ən təsirli olduğunu sübut edib.
Doğrulanmış Woods hipotezinə görə, neoplazma uşaqsız qadınlara nisbətən iki və ya daha çox müddətli hamiləliyi olan gənc qadınlarda daha çox ortaya çıxır.
Tibb elmi hələ də xərçəngin  yaranma səbəbini  bilmir. Bununla birlikdə  onkoloqlar problemin öyrənilməsində əhəmiyyətli irəliləyiş əldə edib və indi əminliklə demək olar ki, həkimlər müşayiət olunan amillərdən asılı olaraq xəstəliyin ehtimalını proqnozlaşdıra bilərlər. Bu nə deməkdir ? Nə qədər cəlbedici olmasa da, ilkin mərhələdə döş xərçəngini təyin etmək üçün yaşından, cinsiyyətindən, hamiləliyindən, laktasiya dövründən asılı olmayaraq, mütəmadi profilaktik müayinələrdən keçməlisiniz.
Erkən süd vəzisi xərçəngi  xəstələrin narahatlığına səbəb olacaq qədər sağlamlıq vəziyyətinə təsir göstərmir. Buna görə də hər 3-5 ildən bir mamoloq müayinəsi yalnız sağlamlığın deyil, həm də həyatın təminatıdır.
Aişə Nəbiyeva

Şərhlər