Alimlər uzun müddət apardıqları araşdırmalarla məhsullarda süd vəzi xərçəngi riskini artıran tərkibi müəyyən ediblər.

Məlum olub ki, tərkibində asparagin turşusu çox olan qida məhsulları süd vəzi xərçəngini inkişaf etdirmək xüsusiyyətinə malikdir.

Tibb alimlərinin siçovullar üzərində apardığı arşadırma şübhələri təsdiqləyib.

Ekspertlər nəticələrə uyğun olaraq asparagin turşusunun çox olduğu qida məhsullarının siyahısını da hazırlayıb. Buraya süd məhsulları, mal əti, quşçuluq, balıq və dəniz məhsulları, həmçinin kartof, soya, qoz-fındıq və s. daxildir.

Meyvə və tərəvəzlərdə isə əksinə, bu turşu olduqca azdır və bu o deməkdir ki, süd vəzi xərçəngi ehtimalı olanlar üçün ən uyğun qidalar da elə bunlardır.

Şərhlər