Südün sümüklər və bədən strukturu üçün nə qədər çox faydalı olduğu hər kəsə bəllidir. Lakin Amerika alimlərinin südün bəzi xəstəliklərə səbəb olma ehtimalı ilə bağlı araşdırması bu nemətdən də istifadə zamanı diqqətli olmağı irəli sürür.

Amerika mütəxəssisləri süd bakteriyalarının ağır oynaq xəstəliyi olan revmatoid artrit törətmə faktlarını aşkarlayıb.

Tədqiqat sübut edib ki, xüsusən irsi olaraq bu xəstəliyə meyilli olan şəxslərdə südün artit yaratma ehtimalı daha yüksəkdir.

Artritə aparan iltihab yaratma xüsusiyyəti həmçinin dana əti tərkibindəki bakteriyalarda da müəyyən edilib.

Alimlər gələcəkdə artritə meyilli insanlara bununla bağlı xüsusi xəbərdarlıq tətbiqini də istisna etmir.

Şərhlər