Cavab:
Əslində, qızdırma qoruyucu bir reaksiyadır. Əgər uşaq özünü yaxşı hiss edirsə, temperatur 38C-ni keçmirsə və ya baş ağrıları yoxdursa, qızdırma salıcıya ehtiyac yoxdur. Amma bu tip şikayətlər mövcüddursa, o zaman Parasetamol tərkibli sirop və ya tabletlərdən istifadə edilir. İbufen tipli qeyri-steroid iltihab əleyhinə preparatlar da istifadə oluna bilər. Amma bu preparat parasetamol kömək etməyəndə istifadə oluna bilər. Çünki çox uşaqlarda ibufenə qarşı hiperhəssaslıq allergik reaksiya, eləcə də allergiyaya meyilli uşaqlarda bronxial astmaya təkan verə bilər. Aspirin isə qətiyyən istifadə edilməməlidir. Əks təqdirdə Reye sindromuna (qaraciyər çatışmazlığı, ensefalit) və sonda komaya səbəb ola bilir.
Sual:
Cavab:
Uşaqlarda olduğu kimi 2-3 həftə. Sadəcə böyüklərdə daha ağır formada olur.
Sual:
Cavab:
Hər gün duş almaq mütləqdir, səpgiləri sərt sürtməmək şərti ilə.
Sual:
Cavab :
Yerli olaraq səpgilərin qurudulması (Betadin məhlulu) və ya briliant yaşılı (zelyonka) yolu ilə ikincili infeksiyanın qarşısı alınır. Qaşınma olarsa, antihistaminik preparatlar istifadə edilir.
Ağız içi səpgilərdə antiseptik məhlullarla qarqara (Loroben)edin . Daha ağır hallarda hazır immunoqlobin vena daxili (İviG) vurdurun.
Sual:
Cavab:
Xəstə uşaqlar axırıncı qabıq düşənə qədər ictimai mühitə çıxmamalıdır.
Sual:
Cavab:
Polimorf səpgilər (eyni zamanda müxtəlif formalı səpgi-qırmızı ləkə, qabarcıq, suluqcuq)
Başın tüklü hissəsində, gövdədə, selikli qişalarda səpgilərin qaşınan olması, qızdırma.