Alkoqol yalnız normada qəbul edildikdə qanda laxtalanma riskini azalda bilər.
Spirtli içki qəbul edənlərin sözlərinə görə, bu içkilər qan damarlarını genişləndirir, hətta, həkim məsləhəti olduğunda vurğulayırlar.
Həqiqətən də az və ya orta miqdarda spirt qanı durulaşdırır, qanın laxtalanma riskini azaldır. ABŞ Ürək və Damar İnstitutunun kardioloqu Ceyms Bekkermanın sözlərinə görə,burada əsas olan sərhədi bilməkdir və bu çox incə xəttdir, ona görə də həkimlər dərin venaların trombozundan qorunmaq üçün spirt içməyi məsləhət görmürlər.
Bəs nə qədər içmək olar?
Unutmayın ki, spirtin damarlarda qan laxtalanmasının qarşısını almaq üçün faydası, bir başa stəkanınıza nə qədər tökdüyünüzdən asılıdı. Buna görə də spirtli içki qəbulu həmişə həkimlər, xəstələr və onların yaxınları üçün ağrılı məsələ olaraq qalır.
Qanı durulaşdırmaq və qan laxtalanmasının qarşısını almaq üçün nə qədər spirt içmək olar deyə soruşduqda, Ceyms Bekkerman bir araşdırmanın nəticələrinə istinad edərək, içməyənlərlə müqayisədə həftədə 85 ml çox spirtli içki qəbul edənlərdə dərin venaların trombozu riski 2 dəfə yüksəkdir.
Ölçünüzü bilin
O xəbərdarlıq edir ki, qan durulaşdıran antikoaqulyantlar qəbul edərkən spirt son dərəcə təhlükəli olur. Məsələ burasındadır ki, əgər qaraciyər alkoqolla yüklənirsə, o zaman dərmanı parçalamağa vaxtı qalmır, yəni qanda preparatın səviyyəsi yüksəlir və bu, qanaxma riskinə səbəb ola bilir.
Əgər siz trombozdan əziyyət çəkirsinizsə, o zaman yəqin ki, ara-sıra normal diapazonda içə bilərsiniz, lakin mütləq həkiminizlə danışın, deyə Ceyms Bekkerman yekunlaşdırıb.