Soyuğa qarşı allergiya genetik faktorla əlaqəli ola bilər.

Təxminən 5% hallarda aşağı temperatura qarşı allergiyanın səbəbi məhz bu amildir. Nəticədə xəstənin dərisində səpgi və qaşınma yarana bilər.

Orqanizmdə soyuğun təsiri altında xüsusi bir zülal, krioqlobulin istehsal olunur .

Bədən onu , xarici allergen kimi tanıyır və krioqlbulin immun sisteminin hüceyrələrinə hücum edir.

Bundan əlavə, soyuğa qarşı allergik reaksiya aşağıdakı xəstəliklərdən qaynaqlana bilər.

Sifilis

Hepatit C

Youxucu mononükleoz

Sistemik vaskulit

Bədxassəli yenitörəmələr

Qaraciyər patologiyaları

Qəbul etdiyiniz dərmanlarda

Qızmar günəşin dəriyə ziyanı olduğu kimi, aşağı temperaturda, xüsusən də uzun müddət məruz qaldıqda, dəri üçün zərərlidir. Dermatoloji xəstəlikləri olan insanlar üçün (məs. rozasea və kuperoz), ağır hipotermiya zərərlidir. Damarlar daha da zədələnir və kiçik damarların davamlı genişlənməsi görünür.

Şərhlər