1. TƏHLÜKƏLİ SÖZ “ Lazımdır”
Hər dəfə söhbət əsnasında vəzifə və öhdəlikləri ifadə edən “lazımdır” sözü işlədilir. Və bir düşünün, “Bu kimə lazımdır?” İşlə bağlı olsa belə , başa düşmək vacibdir ki, bu və ya digər tapşırığı yerinə yetirməli olan sizsiniz, sonda kimin bonusları daha çox olacaq və bu “lazımdır”ın göstəricisi nədir? Manipulyatorlar istədikləri və ehtiyac duyduqları barədə əvvəlcədən susurlar. “Bunu mən səndən tələb edirəm” – yox, “bunu etmək lazımdır” – deyirlər .
Yeri gəlmişkən, həyatınızın əsas manipulyasiya arenalarından biri ailənizdir. Belə ki, valideynlər çox vaxt uşaqlardan itaət tələb edirlər. Bəzən isə uşaqlar valideynlərinin xoş münasibətlərindən sui-istifadə edir, onlar da səhlənkar uşağa dəstək olmağın “lazım olduğunu” düşünürlər.
2. VƏDLƏRİN GÜCÜ
Heç vaxt heç kimə heç nə vəd etmə, onu yerinə yetirəcəyinə əmin deyilsənsə. Əgər söz vermisənsə, əməl et. Bəzən başqa insanların təzyiqi altında tələsik vədlər veririk ki, onlar sonradan sənin bu səhvindən istifadə edərək, istədiklərinə bu və başqa formada sahib olacaqlar.
3. LAZIMSIZ TƏŞƏBBÜS GÖSTƏRMƏYİN
Xoş niyyətlə biz bəzən işləri daha da pisləşdiririk. Əgər sizdən kömək istənilmirsə, onu təklif etməmək daha yaxşıdır. Ən yaxşı halda, zaman keçdikcə səyləriniz təbii qarşılanacaq.Və ən pis halda, siz günahkar çıxacaqsınız. Buna görə də, kömək etməzdən əvvəl, insanın həqiqətən buna ehtiyacı olduğuna əmin olun.
4. İŞİNİZİN QARŞILIĞINI İSTƏMƏYƏ UTANMAYIN
Etdiyiniz işin qarşılığını istəməyə utanmayın. İstənilən iş minnətdarlıq tələb edir. Yalnız manipulyatorlar boş vədlər verməyə və ya onlar üçün bir şey etsəniz, etdiyiniz unutmağa meyllidirlər. Əgər xahişi yerinə yetirmisinizsə, utanmayın və bunun müqabilini istəyin. Bu sizin təbii haqqınızdır.
5. BU GÜNÜ YAŞAYIN
Keçmiş bitib, gələcək hələ olmayıb. Yalnız indiki zaman var. Yalnız bu anı zövqlə yaşamaq bacarığı sizi xoşbəxtliyə yaxınlaşdıra bilər. Bəzən sizi manipulyasiya etməyə çalışarlar. “Əvvəllər belə deyildin” deyərək, keçmişdəki sizinlə müqayisə edərlər. Buna reaksiya verməyin.
6. SEHİRLİ CÜMLƏ
Əsl möcüzələr yaradan bu sadə sözləri yadınızda saxlayın. “Xahiş edirəm , müdaxilə etməyin” . Bu ifadə sehr, güc, enerjidir. Qarşınızdakı manipulyatoru susdurmaq üçün yetərlidir.
7. BÖHRAN VƏ SƏHVLƏR SIZI SINDIRMASIN
Anlamaq lazımdır ki, yalnız çox zəif bir insan uğursuzluqla qırıla bilər. Hər bir problem dəyişmək və böyümək üçün bir fürsətdir. Birdən kimsə incitmək üçün uğursuzluqlarınızı xatırlatmaq istəsə, sakit və inamla reaksiya verin: təcrübə hər zaman uğurun ilk addımıdır, sonrası isə yalnız sizin öz əlinizdədir.