Sızanaqlara qarşı maz düzgün seçildikdə dəridəki iltihabı aradan qaldırır, quruducu təsir göstərir və səpgiləri yox edir. Aptekdə satılan vasitələr arasında həm qiyməti ucuz, həm də effektiv mazlarla tanış olun:

Retinol mazı

Aktiv komponenti izotretinoin olan maz piy vəzilərinin fəaliyyətini normaya salır, bununla da iltihabı azaldır. Həmçinin maz regenerasiya proseslərini aktivləşdirməklə, postaknenin müalicəsinə kömək edir.

Retinol mazı piqment ləkələri əmələ gətirə bilər. Belə hallara yol verməmək üçün onu SPF kremlə birgə istifadə etmək lazımdır.

Sink mazı

Dəridə səpgi və iltihab əleyhinə sınaqdan keçirilmiş vasitədir. Maz sızanaqları 1 gecə ərzində qurudur. Onun istifadəsi zamanı dərini nəmləndirməyi unutmayın.

Əvvəlcə dərini təmizləmək, tonik və ya losyon çəkmək lazımdır. Sonra üzərindən nəmləndirici krem sürtün. 5 dəqiqə keçdikdə kremi silib, yerinə sink mazı çəkin. Səhər üzünüzü yuduqdan sonra yenidən nəmləndirin.

Zinerit mazı

Tərkibində eritromisin və sink vardır. Eritromisin propionbakteriya və streptokokkları məhv edən antibiotikdir. Sink isə dərini qurudur, piy vəzilərinin sekresiyasını zəiflədir.

Zinerit mazı dəri səthini təmizləyir, qara nöqtələr və ağ sızanaqları itirir. Müalicə kursu: 10-12 həftə.

Levomekol mazı

Dərini irinli sızanaqlardan azad edir. Maz alın və üzün digər hissələrində ağrılı sızanaqları olan yeniyetmələrə uyğundur. Onun aktiv komponentləri – metilurasil və xloramfenikol güclü iltihabəleyhinə, eləcə də antibakterial təsirlərə malikdir. Müalicə kursu: 2-4 həftə.

Kükürd mazı

Kükürdün quruducu və mikrobəleyhinə xüsusiyyətləri vardır. Onun köməyilə çox qısa zamanda üzdəki sızanaq və səpgilər yox olur. Kükürd mazı dərialtı sızanaqlarda da effektiv sayılır. Mazın tərkibindəki sulfidlər yaraları sağaldaraq, dərini hamarlayır. Onu dəriyə 2-3 həftə çəkmək lazımdır. İrinli sızanaq, səpgi və xırda ləkələrə qarşı effektivdir. Tərkibindəki antibiotik sızanaqlara səbəb olan mikrobları məhv edir. Mazı maksimum 5 gün istifadə etmək olar.

Sintomisin mazı

İrinli sızanaq, səpgi və xırda ləkələrə qarşı effektivdir. Tərkibindəki antibiotik sızanaqlara səbəb olan mikrobları məhv edir. Mazı maksimum 5 gün istifadə etmək olar.

Bütün mazlar gündə 1-2 dəfə təmiz dəriyə çəkilir. Lakin onları dermatoloqun məsləhəti olmadan istifadə etmək məsləhət görülmür. Çünki aktiv komponentlər alllergik reaksiya, qızartı və ödem törədə bilər.

Şərhlər