Piy vəziləri dermisdə yerləşir və birbaşa tük follikuları ilə əlaqəlidir. Əgər piy vəzi həddən artıq piy ifraz edirsə, tük follikuları tıxanır və dəridə aydın görünən sızanaqlar yaranır. Piy vəzinin artıqları dərinin təbii turşu mantiyası balansını pozur. Məsamələrə bakteriyalar düşə bilər və bu halda dəridə iltihab yaranır. Qara nöqtələr və onların yaranma səbəbləri haqda daha çox buradan öyrənmək olar.
DƏRİ MƏSAMƏLƏRİNİN DƏRİNDƏN TƏMİZLƏNMƏSİ
Yağlı dəri üçün əsaslı təmizlənmə xüsusilə vacibdir. Lakin bunun üçün sabundan istifadə etmək məsləhət deyil: sabun üz dərisini qurudur, həmçinin dəri piyininin ifrazını stimullaşdırır. Maqnoliya ekstraktlı  gündəlik yuyunma skrabları dərini aktiv təmizləyir, yağlı parıltının öhdəsindən gəlməyə kömək edir və məsamələri açır. Bu, bakteriyalara qarşı effektiv mübarizə aparmağa imkan verir, dəri isə gözə çarpacaq dərəcədə daha yaxşı görünür. Təmizlənmə etapından sonra dərini toniklə mükafatlandırın. Tərkibində az miqdarda spirt olan toniklər dezinfeksiya effektinə malikdir, onlar yağlı dəriyə özəlliklə yaxşı təsir edir. Yağlı dəri sahibləri mütləq nəmləndirici kremdən istifadə etməlidirlər , çünki yağlı dərinin soyuq, isti və ətraf mühitin sairə təsirlərinə qarşı müdafiəyə ehtiyacı var. Bu məqsəd üçün yüngül mayelər və gellər xüsusən uyğun olar. Antibakterial və sakitləşdirici komponentləri olan nəmləndirici vasitələri seçin.
SIZANAQLARLA MÜBARİZƏ ÜSULLARI
Öncəliklə qıcıqlandırıcı xarici təsirlərdən uzaq olun: İsti, ovxalanma, aqressiv təmizləyici prosedurlar – yağlı dəri bütün bunlara qarşı çox həssasdır.
Yağ artıqlarını birləşdirin: matlaşdırıcı pudralar və tərkibində yağ olmayan tonal əsaslar üzdəki dəri piyinin artıqlarını özünə hopdurur. Əgər üzünün çox parıldadığını görürsənsə, çirklənmiş zonaları ehtiyatla kağız salfetlə qurutmaq olar.
Sızanaqlara qarşı skrab və maskalar: Həftədə 2-3 dəfə yumşaq skrabdan istifadə edərək üz səthindən çirki və ölmüş hüceyrələri təmizləyin, daha sonra toniklə üzünüzü təravətləndirin və maska vasitəsilə nəmləndirin.
Kosmetoloji salonların rolu:
Peşəkar kosmetoloqun yanında üzünüzü müntəzəm olaraq təmizləyin. Bu, sənin dərinin xarici görünüşünü davamlı yaxşılaşdıracaq.
Qidalanma və vərdişlərinizi yenidən nəzərdən keçirin:
Qeyri-sağlam həyat tərzi, məsələn, siqaret çəkmə və ya stres, dərinin vəziyyətinə mənfi təsir göstərə bilər. Rasionunuza diqqət verin və qədərincə maye için.
TƏBİİ VƏ EV VASİTƏLƏRİ
Üzdəki sızanaq və çirklənmərə qarşı müalicəvi otlar da kömək edir. Məsələn, gülümbahar ləçəyinin tərkibində iltihaba qarşı komponentlər mövcuddur. Bu ləçəklərin cövhərini hazırlayın. Bu cövhərli islatma dərmanları və kompressləri bir neçə dəqiqəlik qoymaq məsləhət görülür. Tez və asan hazırlanan buxar vannası da sızanaq və qara nöqtələrdən qurtulmağa kömək edə bilər. Çobanyastığı cövhərininin bir neçə damcısını isti suya qatın, başınızı dəsmal ilə örtün və üzünüzü 5 dəqiqə ərzində buxarda saxlayın. İsti buxar məsamələri genişlədir. Bu üsulla hazırlanan dəri, təmizləyici maskanı özünə daha yaxşı hopdura biləcək. Gülümbahar və ya çobanyastığı ləçəkləri, ya da kompres və ya buxar vannaları köməyinizə çata bilər.
Mələk Rəsulova

Şərhlər