İnsanlara siqareti tərgitmək üçün tövsiyyə edilən bəzi tibbi preparatların təhlükəsi barədə məlumatlar yayılıb. Sözügedən tibbi vasitələrin ağciyərlər üçün zərərli olması və hətta ciddi təhlükə sayılması barədə fikirlərə də rast gəlinir.

Tibbinfo məlumat verir ki, “Varenicline” və ya “Champix” adlı preparatın üstəlik ürək xəstəlikəri və depresiya kimi əks təsirləri barədə məlumatlardan sonra həkimləri bir müddət bu vasitələri pasiyentlərə yazmaqda tərəddüd edirdilər.

Lakin son araşdırmalar bu iddiaların əsassız olduğunu aşkara çıxarıb. Edinburq və Düsseldorf Universitetlərinin birgə araşdırma qrupu preparatın xroniki ağciyər xəstəlikləri zamanı qəbulunun təhlükəsiz olduğu qənaətinə gəlib. Depressiya və intihara səbəb olma iddiaları da öz təsdiqini tapmayıb.

 

Şərhlər