Beynəlxalq tədqiqatçılar qrupu qan təzyiqini aşağı salan dərmanların 2-ci tip diabetin inkişaf riskini 16% azaltdığı fərziyyəsini dəstəkləyib. Alimlərin məqaləsi The Lancet-də dərc olunub.
Avstraliya, Böyük Britaniya, ABŞ, İsveç və Fransa alimləri 5 il ərzində klinik sınaqlarda 145 min-dən çox iştirakçının sağlamlıq məlumatlarını təhlil ediblər. Onlar qan təzyiqinin 5 mm Hg azalmasının 2-ci tip diabet riskinin 11% azalması ilə əlaqəli olduğunu aşkar ediblər.
Sonra mütəxəssislər hipertoniya üçün 5 müxtəlif dərmanın effektivliyinə dair 22 klinik tədqiqatın məlumatlarını yoxlayıblar. Ən böyük təsir angiotenzin çevirici ferment inhibitorları və angiotenzin reseptor blokerlərdə aşkar edilib. Bu dərmanlar diabetin inkişaf riskini 16% azaldıb.
Hipertoniya üçün digər dərmanlar oxşar effekti verməyib. Kalsium antaqonistlərin, beta-blokerlərin və tiazid diuretiklərin istifadəsi hətta diabetin inkişaf riskini artırıb.

Şərhlər