Mütəxəssislərin sözlərinə görə, həm qışda, həm də yayda zülal mənbələri eynidir və hər zaman mövcuddur – balıq, toyuq, dənli bitkilər, yumurta, göbələk. Şəkərli diabetdən əziyyət çəkən insanlar qışda qida rasionlarına daha çox diqqət etməlidirlər.
Qış aylarında virus xəstəliklərinə qarşı həssaslıq daha çox olduğu üçün, yağlara tələbat yaydan yüksək olmalıdır. Bütün növ heyvani yağları istifadə etmək olar: həftədə 2-3 dəfə 20-30 qram olmaqla. Xolesterin səviyyəsi aşağı və çəkisi az olanlar üçün faydalı olacaqdır. Pəhrizlərinə bitki yağları, kərə yağı, küncüt, sidr yağı da daxil edə bilərlər.
Tərəvəzlərdən – gül kələmi, brokoli, yaşıl lobya, ağ kələm istifadə etmək olar. Şəkərsiz bişmiş tərəvəzlər, marinə edilmiş kələm və xıyar yemək mütləqdir.
Ancaq mürəbbə istisna edilməlidir. Bunun əvəzinə, dondurulmuş meyvə və giləmeyvə yemək olar.
Şəkərli diabet xəstələri dadlandırıcılardan və 2-ci dərəcəli undan istifadə edərək bayram süfrəsi üçün şirniyyat hazırlaya bilərlər.