Günə başlamazdan əvvəl ilıq suya limon dilimi atıb içmək əksər qidalanma mütəxəssisləri tərəfindən tövsiyə olunur. Onu səhər vərdişinə çevirmək sağlamlıq üçün çox faydalıdır. Limonlu maye qəbulu orqanizmi təravətləndirir, təbii detoksikasiyaedici kimi orqanizmin təmizlənməsinə kömək edir, turşulu tərkibi orqanizmin pH balansını təmin edir.
Lakin, qeyd etmək lazımdır ki, limonlu mayenin bir kənar təsiri də var – limon dişlərin eroziyasını gücləndirir. Tərkibindəki pH dərəcəsi dişlərə mənfi təsir edəcək həddədir. Dişləri qorumaq və bu təsiri minimuma endirmək üçün digər vaxtlarda bir sıra məsələlərə diqqət yetirin. Sirkəli və şirin qidalardan mümkün qədər az istifadə edin. Şirniyyat və karbohidrat tərkibli qida qəbulundan sonra hər zaman ağzınızı su ilə yaxalamağı unutmayın. Və ən əsası emal olunmuş ərzaqlardan uzaq durun.