Pandemiya dövründə virusa yoluxma şübhəsi olanları və yoluxanları nəzarətdə saxlamaq üçün ən çox istifadə olunan metod qanda oksigen miqdarının (saturasiya) ölçülməsidir.

Pulsoksimetriya cihazı nədir?

Rəqəmsal texnologiyanın imkanları ilə qanımızda olan oksigen miqdarı (saturasiya) və nəbz haqqında məlumat verən cihazdır.

Koronavirus əlamətlərini hiss edən, virusa yoluxub ev şəraitində müalicə olunanlar da artıq pulsoksimetr cihazından istifadə edirlər. Barmağa taxılan bu kiçik cihaz nəfəs çatışmazlığını təyin edə bilir. Bununla pnevmoniyanın inkişafının, ağrlaşmaların qarşısını almaq mümkündür.

Saturasiya 94-100 faiz arasında olanda normal sayılır. 94 faizdən aşağı göstərici nəfəsalmada, qanın oksigenlə təminatında problem olduğunu göstərir.

Qeyd edək ki, bu cihazlar apteklərdə satılır. Eyni zamanda mobil telefonlar, eləcə də “ağıllı saatlar”ın da pulsoksimetr funksiyaları var. Yəni cihaz olmadan da saturasiyanı təyin etmək mümkündür.

Qripə və ya COVİD-19 virusuna yoluxmuş insanlarda oksigen saturasiyanın ölçülməsi vacibdir.

Şərhlər