Bir çox insanlar səhvən düzgün qidalanmaya keçidin onların həyatına çoxlu çətinliklər gətirəcəyini və büdcəyə zərbə vuracağını düşünür.
Hamımız bilirik ki, sağlamlığı bərpa etməyin ən asan yolu düzgün qidalanmaq və pis vərdişlərdən imtina etməkdir. Ancaq hər kəs bu qaydalara əməl etmək istəmir. Çünki, çoxları əmindirlər ki, həyatın yeni səviyyəsinə keçmək çox problemli və bahalıdır.
Əslində bu belə deyil.
Insanlar arasında sağlam qidalanma haqqında yayılmış bir neçə yalnış fikirləri sizə təqdim edirik.
Mif 1. Sağlam qidalanma monotondur. Əslində, pəhriz həmişə müxtəlif olmalıdır. Axı protein yalnız toyuq ətində deyil, həm də dovşan və hind quşu ətindədir. Fərqli balıq növləri, çoxlu sağlam tərəvəz və meyvələr var. Bütün bunlar yeyilə bilər və yeyilməlidir.
Mif 2. Sağlam qidalanmaq çətindir. Əsas çətinlik yalnız gələcək həftə üçün menyunu düşünmək üçün vaxt ayırmaqdır. Və sonra yalnız planınıza əməl etməlisiniz. Yeri gəlmişkən, əvvəlcədən hazırlanmış menyu ilə mağazaya getmək daha asandır: yalnız yaxın gələcəkdə bişirməyi planlaşdırdığınız məhsulları almaq lazımdır.
Mif 3. Sağlam qidalanmaq dadsızdır. Menyunuzu planlaşdırarkən sevdiyiniz tərəvəz və meyvələri daxil etməyi unutmayın. Həmişə bir kompromis axtarın: kartof istəyirsinizsə, onları sobada tərəvəz ilə bişirin. Həm dadlı, həm də sağlam.
Mif 4. Sağlam qidalanma uzun müddət tələb edir. Əslində, sağlam yemək hazırlamaq çox vaxt adi yeməklərdən daha asan və daha sürətli olur. Məsələn, Olivier salatı ilə pomidor və xiyar ilə adi salat hazırlamaq üçün nə qədər vaxt və səy tələb olunduğunu müqayisə edin. Yeri gəlmişkən, yağ əlavə edərkən, yalnız zeytun yağı deyil, başqa yağlardan da istifadə etmək olar. Həm günəbaxan, həm də balqabaq, küncüt yağından istifadə edə bilərsiniz.
Mif 5. Sağlam qida bahadır. Hər zaman seçim var: Omeqa-3 turşuları ilə zəngin qidalar istəyirsinizsə, alabalıq və ya qızılbalıq ala bilərsiniz və ya daha ucuz istəyirsinizsə skumbriya ala bilərsiniz. Tərəvəz və meyvələri marketdən yox, bazardan almaq size daha ucuz başa gələr.
Ən əsası, unutmayın: sağlam qida yüngül, dadlı və zövqlü olmalıdır.