Kokos yağının sağlamlıq üçün faydaları çoxdur. Saçlara gəldikdə, kokos yağı saçların ağarması, zəifləməsi və tökülməsinin qarşısını almaqda effektiv vasitədir.

Tibbinfo xəbər verir ki, kokos yağı saçlar üçün aşağıdakı qaydada istifadə oluna bilər. Yatağa getməzdən əvvəl saçınızı kimyəvi tərkibli olmayan, təbii şampunla yuyub qurudun. Təbii kokos qozasının yağını boşqabda azacıq isidin və ərimiş yağı saçlarınızın dibinə sürtün. Barmaqlarınızla saçlarınızın dibini masaj edin və bütün başınızın yağla tam əhatə olunmasına əmin olun. Dəsmal və ya başqa parça ilə başınızı bürüyüb yatın.

Kokos yağı ilə masaj qan dövranını yaxşılaşdırır və nəticədə saç artımı baş verir. Növbəti günlərdə yenidən kokos yağını başa sürtməklə saçların dibini ən azı 10 dəqiqə masaj etmək lazımdır. Bu halda 1 çay qaşığı kokos yağı bütün baş üçün yetərlidir. Çox istifadə etməyə ehtiyac yoxdur. Kokos yağı E və K vitaminləri ilə də zəngindir və onlar saç qovuqcuqlarının sağlam qalmasına kömək edir.

Şərhlər