Bir qayda olaraq, saçınızı hər 2-3 gündə bir yumaq lazımdır . Yağlı parıltıların tez görünməsinin səbəblərindən bir neçəsini Tibbinfo.com sizə təqdim edir:

1. Tiroid-Qalxanabənzər vəzində hormon çatışmamazlığı (zob xəstəliyi) səbəb ola bilər. Bu endokrinoloqa müraciət etmək üçün bir siqnal hesab edilə bilər;

2. Yanlış qidalanma. Xüsusilə, yağlı və ədviyyatlı qidalar sürətli çirklənməyə səbəb ola bilər. Problemin həlli səthdədir: fast food və ləzzətli yeməklərdən imtina etməyə dəyər, lazım gələrsə bir dietoloqa baş çəkin;

3. Baş dərisinin quruluğu. Kifayət qədər nəm, uyğun olmayan şampunlar, saç düzümü məhsulları və spirt tərkibli losyonlar səbəb ola bilər. Bunun qarşısını almaq üçün lak, köpük və digər saç düzəldiciləri saçdan 20-30 sm. məsafədə tətbiq olunmalıdır;

4. “Səhv” baş aksessuarları. Bəli, adi bir papaq saçların yağlanmasına səbəb ola bilər. Saçlar nəfəs almır və buda yağlanmaya səbəb olur;

5. Saç dərisinə və saç köklərinə maska, saç kremi və ya balzamdan istifadə. Bütün bu məhsullar əsas uzunluğa tətbiq olunmaq üçün nəzərdə tutulmuşdur, buna görə də saçın diblərinə sürtülməməlidir, əks halda dəri artan sebum ifrazı ilə reaksiya verməyə başlayacaq.

 

Şərhlər