Bildiyiniz kimi dünyada saç tökülməsindən əziyyət çəkən və bununla mübarizə aparan milyonlarla insan var. Saç tökülməsi, psixoloji problemlərə, özgüvən əksikliyi , özünə qapanma, hətta depressiyaya gətirib çıxarda bilər .
Saç tökülməsinin qarşısını alan 5 möcüzəvi və həmdə ev şəraitində asanlıqla hazırlaya biləcəyiniz maskaları təqdim edirik
Yumurta maskası
Lazım olan ərzaqlar:
1 ədəd yumurta;
1 stəkan süd;
2 xörək qaşığı limon suyu;
2 xörək qaşığı zeytun yağı.
Bütün vasitələri qarışdırıb, saçınıza tətbiq edib, 20 dəqiqə saxlayın və soyuq su ilə yuyun.
Banan maskası
Lazım olan ərzaqlar:
2 ədəd banan;
1 xörək qaşığı zeytun yağı;
1 çay qaşığı Hind qozu yağı;
1 çay qaşığı bal;
Bananları əzib digər ərzaqları qarışdırıb saç diblərinizə sürtün. 10 dəqiqə gözləyin, sonra yuyun.
Qatıq maskası
Lazım olan ərzaqlar:
1 stəkan qatıq;
1 çay qaşığı bal;
1 çay qaşığı alma sirkəsi.
Bunları qarışdırıb saç diblərindən uclarına doğru sürtün. 15 dəqiqə saxlayib yuyun.
Avokado maskası 
Lazım olan ərzaqlar:
1 ədəd balaca, dəymiş avokado;
½ stəkan süd ;
1 xörək qaşığı zeytun yağı;
1 xorək qaşığı badam yağı.
Ərzaqları yaxşıca əzin  saç diblərinizdən uclarına doğru masaj edərək yayın. 15 dəqiqə sonra soyuq su ilə yuyun.
Çiyələk maskası.
Lazım olan ərzaqlar:
3-4 ədəd çiyələk;
1 xörək qaşığı hindqozu yağı;
1 çay qaşığı bal;
Ərzaqları yaxşıca əzin, saç diblərinizdən uclarına doğru masaj edərək yayın. 20 dəqiqə sonra soyuq su ilə yuyun.
Türkay Rəsulova

Şərhlər