Rusiya hökuməti əhalinin koronavirusa qarşı peyvənd edilməsi ilə məşğul olan tibb işçilərinə ödənişlər üçün bu il Səhiyyə Nazirliyinə vəsait ayrılması haqqında qərar qəbul edib. Bu vəsait həmçinin məzuniyyət ödənişləri və istifadə olunmamış məzuniyyətlər üçün kompensasiyaların ödənilməsi ilə bağlı xərcləri də əhatə edir.
Rusiya Prezidenti Vladimir Putin koronavirusla mübarizədə xidmətlərinə görə 250 -dən çox həkimə mükafat təqdim edib. Həkimlər Pirogov ordeni, II dərəcəli Vətənə xidmətə görə medalı və Luka Krımski medalı ilə təltif olunublar.
Bundan əlavə, bəzi tibb işçiləri Rusiya Federasiyasının Əməkdar Həkimləri və Əməkdar Səhiyyə İşçiləri adına layiq görülüb.
Yanvarın 18-dən etibarən Rusiyada COVID-19-a qarşı genişmiqyaslı və ödənişsiz peyvənd aparılır. Hazırda ölkədə koronavirus üçün dörd vaksin qeydə alınıb: Sputnik V, Sputnik Light, EpiVacCorona və KoviVak.