Cons Hopkins Universitetinin alimləri insan müdaxiləsi olmadan uğurlu laparoskopik cərrahiyyə əməliyyatı həyata keçirən ilk robot yaradıblar. Bu barədə “Science Robotics” jurnalı yazıb. Məqalədə deyilir ki, alimlər qan damarlarını təmizləmək üçün mikrorobotdan istifadə ediblər.

STAR robotu uzun müddətdir ki, yumşaq toxumalar üzərində əməliyyatlar aparmaq üçün özünü təsdiqləyib. O, donuzun bağırsaqlarının 2 ucunu tikə bilib – anastomoz adlanan əməliyyat. İndi alimlər robotun təkmilləşdirilmiş, daha avtonom və dəqiq versiyasını sınaqdan keçiriblər. Hərəkətləri idarə etmək, həmçinin xəstənin vəziyyətini izləmək üçün yeni cərrahi alətlər və görüntüləmə sistemi qurulub.

Buna görə də o, real vaxt rejimində real cərrah kimi davranaraq əməliyyat planını təşkil edə bilir. Fakt budur ki, yumşaq toxumaların tikilməsi böyük dəqiqlik tələb edir: cərrahın əli titrəyərsə, bağırsaqlar sıza bilər, bu qəbuledilməzdir. Yeni robot 4 donuz üzərində laparoskopik bağırsaq anastomozu əməliyyatını uğurla həyata keçirib. Üstəlik, tədqiqatçıların bildirdiyinə görə, nəticələr insan cərrahndan əhəmiyyətli dərəcədə uğurlu olub.

Şərhlər