Bir çox insan arıqlamaq lazım olanda yaxşı bir balıq parçasından daha faydalı bir şey olmadığını düşünür. Bəzi dəniz məhsulları növləri üçün bu keçərli deyil.

Əkilmiş somon balığı

Vəhşi somon balığı (qızıl balıq) yağla zəngin olsa da, əslində əzələ quran zülal və insulini tənzimləyən və iştahı azaldan omeqa-3’lər sayəsində yağ yandırır. Amerika Ürək Dərnəyi həftədə iki dəfə çox miqdarda omeqa-3 olan balıq yeməyi məsləhət görür. Bu birləşmə bütün bədəndə iltihabla mübarizə aparır.

Əkilmiş somon (bütün Atlantik somonları yetişdirilir) omeqa-6 yağ turşuları ilə zəngindir ki, bu da əslində bədən yağını artırır. Somon fermerləri balıqlarını soya ilə bəslədikləri üçün yabanı somonun tərkibində cəmi 114 mq., əkilmiş qızılbalıqda isə təxminən 1900 mq. omeqa- 6 var.

Tilapia balığı

Astronomik omeqa-6 səviyyəsinə malik olan bu balıq, yağlı donuz ətindən daha çox mədəyə zərərlidir. Bir porsiya burgerdən daha çox qarın yağı əmələ gətirir.

Oxumağa dəyər:   Putinin şəxsən mükafatlandırdığı ‘xərçəng qənimi’ həkimdən bu xəstəlik barədə hər kəsin bilməli olduğu məlumatlar

Bundan əlavə, tilapiyanın əksəriyyəti fermalarda əkilir . Bu səbəbdən balıqlar göl bitkiləri və yosunlardan çox qarğıdalı ilə qidalanır , buda onların makro və mikroelementlərini yoxsul edir.

Qılınc balığı

Qılınc balığı ümumiyyətlə endokrin pozucu rolunu oynayan, təhlükəli dərəcədə yüksək civə ehtiva edən balıq növüdür : bədəni yağlandıran, daha az kalori yandıran və iştahı tənzimləyən hormon olan leptin səviyyəsini aşağı salan saxta bir hormon ifraz edir.

Ton balığı rulonu

Ton balığı özü az yağlıdır, lakin məşhur rulonların tərkibinə qatılan əlavələr ona da çox yağlılıq qatır. Ton balığı doğranır və mayonez əlavə olunur. Belə bir rulonda 290 kalori və 11 qram yağ var. Ağ düyü də qarındakı yağlar üçün təhlükəlidir.

Qarın böyüdə bilən digər rulonlar: Filadelfiya və Kaliforniya rulonudur, 520 kalori və təxminən 20 qram yağ təşkil edir.

Ümumiyyətlə, balıq nə qədər kiçik olsa, tərkibində ki, çirkləndiricilər də o qədər az olar.

Şərhlər