Psixoloq peşəsi olduqca uzun müddət əvvəl ortaya çıxıb, lakin bir çox insan hələ də bir mütəxəssisin köməyi ilə psixoloji problemlərin daha təsirli və daha sürətli aradan qaldırılmasını tam anlamayıb.

Həyatda hər kəsin çətin dövrləri ola bilər – heç kim bundan sığortalanmayıb. Ancaq bir şəxs mütəxəssis deyilsə və müəyyən bacarıq və təcrübəyə malik deyilsə, çətin ki, hansısa problemi tez və asan yolla həll edə bilsin.

Tək başına  həll tapmağa çalışarkən, çox güman ki, özünüzü zehni tələyə salacaqsınız, çünki yalnız təcrübəli bir psixoloq problemin əsl səbəblərini müəyyənləşdirməyə kömək edə bilər və onlarla işləməyə başlaya bilər.

“Psixoloqa getmək vaxtıdır “ deyəcəyiniz 10 əsas əlamət:

1. İş axtarırsınız, ancaq daim nədənsə razı qalmırsınız: işəgötürən, komanda, müştərilər, maaş və s . ;

2. Sizə elə gəlir ki, hamı yalnız sizə baxır, qiymətləndirir, tənqid edir və bu sizi narahat edir, yöndəmsiz hiss elətdirir və cəmiyyətdən gizlənməyinizi düşündürür;

3. Tez-tez xəstələnirsiniz, bir xəstəlik digərini izləyir və həkimlər onun çarəsini bilmirlər. Səhər heç bir şey etmək gücünüz və arzunuz olmadan qalxırsınız;

4. Gün ərzində peşə işlərinə fikrinizi  cəmləyə bilmirsiniz, çünki daim hissləriniz və duyğularınızla məşğul olursunuz;

5. Ətrafınız sizin üstünüzə gəlir, ancaq şəxsi sərhədlər qurmaq gücünüz yoxdur;

6. Romantik bir əlaqə qurmağa çalışırsınız, ancaq xəyanət, inciklik, tükənmə ilə bitir və tez -tez cinsi istək olmaması ilə müşayiət olunur;

7. Müəyyən bir peşə uğuru qazandınız, sabit bir gəliriniz var, ancaq bu, sizi xoşbəxt və motivasiya etmir;

8. Sevdiklərinizlə ayrılırsınız, onlarla ünsiyyətdən tez yorulursunuz;

9. Sizə elə gəlir ki, dairədə gəzirsiniz və heç nəyi dəyişə bilmirsiniz.

10. Keçmiş ilə yaşayırsınız. Başınıza illər öncə gəlmiş pis hadisələri tez-tez xatırlayıb, əhval ruhiyyənizi pozursunuz.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərhlər