Məxfilik siyasəti

Aşağıdakılar sizin barənizdə ixtiyarımızda olan informasiyadan istifadə hüdudlarını müəyyən edir.

 

  1. Niyyət bəyanatı

İnternet səhifəmizdəki xidmətləri qəbul və ya onlardan istifadə edə bilməniz üçün biz sizdən özünüz barədə informasiya (məsələn adınız və ya elektron ünvanınız barədə və s.) verməyinizi rica edə bilərik. Bu xidmətlərə bülletenlərin, müsabiqələr barədə elanların və “xəbər” siqnallarının göndərilməsi, canlı internet söhbətləri, mesaj lövhələri və abunəçilik daxildir

Sizin şəxsi məlumatlarınızdan bu qaydalar əsasında istifadə olunacaq. Xidmətlərimiz sizə istədiyiniz xidmətlərin göstərilməsi üçün yaradılıb. Bu mənada Azerbaycan 24 mövcud qanunvericilik aktlarına və ən qabaqcıl internet təcrübəsinə söykənir.

 

  1. Saytımızın qonaqları barədə məlumat

Azerbaycan24.com saytına hər baş çəkdiyinizdə kompüterinizə yüklənən və “cookie” adlanan bəzi işarələr görəcəksiniz. Əksər internet saytları bunu faydalı iş üçün edir. “Cookie”-lər məsələn, internet istifadəçisi üçün bir çox faydalı işlər görür, məsələn, o bilir ki, bu istifadəçi və ya onun kompüteri səhifəyə əvvəllər də giribmi?

“Cookie”-lər tərəfindən alınan informasiya sizə daha yaxşı xidmət göstərməyimiz və istifadəçilərimiz barədə məlumata malik olmaqda kömək edir. Məsələn, deyək ki, sayta ilk səfərinizdə siz təhsil bölməsinə baxmısınızsa, “cookie” bunu bizə “xəbər” verə bilər və biz də sizin ikinci gəlişiniz üçün həmin bölməni qabarda bilərik.

İstər cookie-lər, istərsə də səhifəyə “əkilmiş” xüsusi kod bizim səhifəmizin istifadəçiləri barədə qeyri-şəxsi xarakterli informasiyaları toplayır. Bunlar səhifəmizə daxil olanların sayı, səhifələrə baxışın müddəti, istifadəçinin səhifəmizdən keçən cığırları (linkləri), statistik və digər ümumi məlumatlardır. Azerbaycan 24 bu informasiyadan istifadə edərək öz müştərilərinə göstərilən xidməti təkmilləşdirir.

 

  1. Cookie nədir?

Siz internet saytına daxil olduqda kompüterinizə avtomatik olaraq “cookie”-lər çıxır. “Cookie”-lər – kompüterinizi bizim serverə tanıdan mətnlərdən ibarət fayllardır. Öz-özlüyündə “Cookie” fərdi istifadəçini deyil, istifadə edilən kompüteri müəyyən edir. Bir çox saytlar bunu istifadəçi həmin saytlara hər dəfə daxil olan zaman trafik axınını izləmək üçün edir. “Cookie” müəyyən saytın yalnız kompüterin daxil olduğu sahələrini qeydə alır. İstifadəçilər kompüterlərini bütün cookie-ləri qəbul etmək, cookie-lərin çıxdığı barədə xəbər almaq və yaxud heç bir zaman cookie-ləri qəbul etməmək üçün kökləmək imkanına malikdirlər. Sonuncu hal mahiyyət etibarı ilə həmin istifadəçinin müəyyən fərdi xidmətlərlə təmin edilməyəcəyi deməkdir.

 

  1. Sizin şəxsi informasiyanızdan istifadə və onun saxlanması

Sizin bizə – yəni Azerbaycan24.com –ə verdiyiniz hər hansı şəxsi informasiyadan necə istifadə olunması barədə biz sizin qarşınızda məsuliyyət daşıyırıq. Biz bu informasiyadan vicdanla istifadə etməyə borcluyuq. Başqa sözlə biz informasiyadan necə istifadə etmək niyyətində olduğumuzu və bu informasiyanı kimə isə ötürmək istədiyimizi sizə bildirməliyik. Ümumiyyətlə isə adətən bu informasiya Azerbaycan24.com-nin özü və ya onun provayderləri tərəfindən istifadə olunur. Biz heç bir vəchlə sizə dair informasiyanı Azerbaycan24.com-nin xaricindəki şəxs və ya müəssisəyə ötürməməyə təminat veririk. Bu informasiya yalnız qanun çərçivəsində tələb edilərkən açıqlana bilər. Digər tərəfdən əgər siz Azerbaycan24.com daxilində hər hansı bir şəxsə və ya yerə təhqiramiz mesajlar göndərsəniz və ya Azerbaycan24.com –in işini bilərəkdən pozmağa çalışsanız, Azerbaycan24.com bu cür halların qarşısının alınması üçün əlində sizin barənizdə olan hər hansı informasiyadan istifadə etməkdə azaddır. Sizin informasiyanız sistemimizdə siz bizim istifadəçimiz olduğunuz müddətdə qalacaqdır. Bu informasiya lazım olduğu məqsəd aradan qalxdıqdan sonra və ya siz üzvlüyünüzü davam etdirməmək qərarına gəldiyiniz təqdirdə sistemdən silinə bilər. Bunula belə bu informasiya təhlükəsizlik mülahizəsi ilə daha 6 ay müddətində sistemdə qala bilər. Biz təminat veririk ki, bütün şəxsi informasiyalar 1998-ci il Məlumatın Qorunması Qanununa müvafiq olaraq tam salamat saxlanacaq. Əgər biz sizə informasiyanı Azerbaycan24.com-nin sizinlə “xidmət administrasiyası məqsədilə” əlaqə saxlaması üçün istifadə etmək istədiyimiz haqqında bildiriş vermişiksə, bu o deməkdir ki, Azerbaycan24.com sizə göstərdiyi xidmətlərlə əlaqədar sizinlə əlaqəyə girə bilər. Məsələn, bu, parolun yada salınması və ya xidmətlərin təmir və ya başqa məqsədlə dayandırılması barədə bildiriş və sair ola bilər. Əgər siz üzv yazılarkən, əvvəlcədən buna razılıq verməmisinizsə, biz sizinlə hər hansı yeni xidmətlərimizin reklamı üçün əlaqə yaratmayacağıq.

  1. 16 yaşlı və 16 yaşdan kiçik olan istifadəçilər

Əqər yaşınız 16 və ya 16-dan azdırsa, Azerbaycan24.com vebsaytına şəxsi informasiya təqdim etməzdən əvvəl, lütfən, valideyn/dayənizdən icazə alın. Bu cür razılıq almayan istifadəçilərə bizə özləri barədə şəxsi informasiya təqdim etmək yasaqdır.

 

  1. Sizin cookie kodunuzu necə görmək olar

Bütün brouzerlərin nizamlamasıda “cookie”-ləri gprmək və silmək lar. Sadəcə onu açmaq üçün “cookie”-ni sıxın. Siz mətn və rəqəmlərdən ibarət qisa sətir görəcəksiniz. Rəqəmlər Sizin ID (kimlik) kardınızın nömrəsidir.