Pomidorun xərçəng xəstəliyi riskini azaltdığına dair elmi məqalələr çoxdur. Son tədqiqat bu tərəvəzin mədə xərçənginə qarşı da önləyici xüsusiyyətlərini təsdiqləyib.

Tibbinfo-nun məlumatına görə ABŞ və İtaliya alimlərinin birgə araşdırması pomidorun mədə xərçənginin qarşısını aldığını və hətta müalicəsinə kömək etdiyini isbat edib.

Əvvəlki tədqiqatlar pomidorun bu şəfaverici cəhətini ona qırmızılıq verən maddəyə bağlayırdılarsa yeni araşdırma lətin bütövlükdə faydalı olduğu qənatinə gəlib.

 

 

Şərhlər