Pomidor şirəsi az məşhur olsa da, onun tərkibi şəfalı maddələrlə həddən artıq zəngindir.

A və C vitmainləri ilə bol olan pomidorun şirəsi görmə qabiliyyətini gücləndirir, sümük və dişlərinizi möhkəmləndirir, eləcə də immumitet sisteminin müqavimətini artırır.

Tərkibindəki liflər və digər effektiv tərkiblər səbəbi ilə pomidor şirəsi bədəndə xolestorol miqdarını tənzimləyir və xüsusən zərərli xolesterolları azaldaraq əksinə faydalı xolesterolun artımına səbəb olur.

Bağırsaqların funksiyalarını yaxşılaşdırır, həzm prosesini rahatlaşdırır, qəbzlik problemini aradan qaldırır.

Pomidor orqanizmi toksik maddələrdən təmizləmək üçün ən yaxşı tərəvəz sayılır. Tərkibindəki kükürd böyrək və qaraciyərin fəaliyyətini aktivləşdirərək bədənin təmizlənməsində əvəzsiz rol oynayır.

Pomidorun tərkibi insana doyma hissi verərək həm bədəni qidalandırır, həm də çəkini aşağı salır. Beləliklə arıqlamaq istəyənlər üçün də vacib qidadır.

Tərkibindəki B6 vitamini ürəyi və arteriyaları ciddi xəstəliklərdən mühafizə edir.

Dərinin sağlamlığını artırır eləcə də sızanaqlara səbəb olan maddələrin ifrazını azaltmaqla civzə problemlərinə əhəmiyyətli təsir göstərir

Bədəndəki zərərli radikalları və molekulları məhv edir, xərçəng riskini azaldır.  Tərkibindəki likopen prostat, bağırsaq, döş və ağciyər xərçənginin qarşısını alır.

Sizcə, artıq gündə 1 stəkan pomidor şirəsi qəbul etməyin vaxtı çatmayıbmı?

Şərhlər