Britaniya alimlərinin apardığı araşdırma plastik qabların sağlamlıq üçün olduqca təhlükəli olduğunu bir daha təsdiqləyib.
Tədqiqat zamanı məlum olub ki, plastik qabların hazırlanmasında istifadə olunan bisfenol A maddəsi qadın hormonlarına bənzərdir və bir çox onkoloji xəstəliklərə səbəb ola bilir. Bu tərkibin kişilərin də cinsi hormonlarına təsir etdiyi, hətta sonsuzluq yaratdığı ilə bağlı ciddi əsaslar aşkarlanıb.
Alimlər ən təhlükəli plastiklərin məhz su qabları olduğunu deyirlər. Araşdırmada sınaqdan keçirilən insanların 86%-nin sidiyində bisfenol A maddəsi aşkarlanıb.
Bu səbəbdən tibb mütəxəssisləri plastik qablardan mümkün qədər yayınmağı tövsiyyə edir