Vaksinasiyadan sonra çimmək olmaz mifi hələ də dəbdədir. Ekskluziv olaraq yalnız Azərbaycanda! Bu qeyri-adi qadağanı camaata hansı əsrdən qalma həkimlər qoyur? Peyvənd vurduranlar elə həmin gün çimə bilər. Su dəyməsinin heç bir təhlükəsi yoxdur.

“Vaksin vurdurduqdan sonra bol maye içmək, ağır fiziki işlərdən çəkinmək yetərlidir”.

Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “COVID-19 və peyvəndlər” mövzusunda çıxışında deyib.

O bildirib ki, əhali arasında vaksin vurdurduqdan sonra əməl olunmalı qaydalarla bağlı məlumatlar bəzən yanlış olur: “Vaksin yerinə su dəyməməsi doğru məlumat deyil. Vaksin vurdurduqdan sonra xüsusi əməl olunmalı hal yoxdur. Peyvənddən sonra çimməmək məsələsi yanlışdır. Sadəcə peyvənddən bir gün öncə və sonra spirtli içkidən uzaq durmaq tövsiyə olunur”.

Şərhlər