Koronavirus peyvəndinin guya insan genomunu dəyişdirdiyini və yalnız qazanc üçün icad edildiyini iddia etmək miflərə aid edilə bilər. Bunu biologiya elmləri doktoru, George Mason Universitetinin Sistem Biologiyası Məktəbinin professoru (Virciniya, ABŞ), virusoloq Ancha Baranova deyib. Onun sözlərinə görə, peyvənd ciddi sağlamlıq təhlükəsi yaratmır.

Anti-peyvəndlərin ilk mifi və əsas arqumentlərindən biri, koronavirus peyvəndi guya insan genomunu dəyişdirir, hüceyrələrə inteqrasiya edir və özünü çoxaldır. Professor Baranova qeyd edib ki, nəzəri olaraq peyvənd DNT -yə daxil edilə bilər. Üstəlik, bu təkamül mexanizminin köməyi ilə yeni genlərin çoxu meydana gəlir. Amma praktikada DNT -nin yenidən qurulması ehtimalı sıfıra endirib.

Bəziləri əmindirlər ki, koronavirusa qarşı peyvənd edildikdən sonra dərhal daha ciddi bir xəstəliyə yoluxa bilərsiniz. Bu vəziyyətdə çox şey əhalinin davranışından asılıdır. Məsələn, qapıları açdınız, əllərinizi yumadınız və yeməyə getdiniz.. Bu sadə görünən bir hadisə belə sizin xəstələnməyinizə səbəb ola bilər.

Digər mif, vaksinasiya edilenler arasında dövlətin susduğu kütləvi yan təsirləri və hətta ölüm halları olduğudur. Yan təsirlər demək olar ki, hər bir dərman vasitələrində var. Dövlətlərin peyvəndlərin mənfi təsirləri haqqında susduğunu demək , yalnız dedi-qodu ola bilər.

Peyvəndin çox tez icad edildiyi üçün, guya xam olması ilə əlaqəli daha bir mif də təkzib edilib. Bioloqun sözlərinə görə “Əslində peyvəndin keyfiyyəti onun üzərində neçə gün işlədiklərindən asılı deyil”

Virusun mutasiyaya uğraması və peyvəndin yeni viruslara “ayaq uydurmaması” səbəbindən, həm peyvəndlə, həm də peyvənd olmadan infeksiya nisbətinin yüksək olacağına dair bir fikir var. Bu da bir mifdir. Baranova, peyvəndin mutasiyalar yarışı üçün yaradılmadığını deyib.

“Onsuzda vurduranda yoluxur , vurdurmayanda. Nəyə lazımdır axı boş yerə vaksin olunmaq…”  Bioloqun sözlərinə görə, bu bir cahillikdi. Heç bir peyvənd sizə 100% qoruya bilməz , heç bir həkim və ya alim sizə bu qarantiyanı vermir.

Sonda, tibbinfo.com olaraq bildirmək istərdik ki, peyvənd vurdurmaq şəxsi sağlamlığınız və ətrafınızdakı insanların təhlükəsizliyi üçün vacibdir. 

Şərhlər