Həkimin sözlərinə görə, panik ataklar “infarkt keçirmələrini təqlid edir” və bu hal xəstələri qorxuya salır.

İnsan, bir qayda olaraq, sürətli ürək döyüntüsü, kəskin dalğa kimi istilik hücumları, zəiflik, başgicəllənmə hiss edir, tənəffüs problemlərindən və tərləmədən şikayətlənir. Xüsusən də tez-tez panik atak keçirən xəstələrdə ürəyinin dayanacağı qorxusu yaranır. Bu, əslində qorxulu, xoşagəlməz və insan üçün tamamilə anlaşılmazdır. Lakin problem ürək və qan damarlarında deyil, mərkəzi sinir sistemindədir. .. Panik ataklar sizi infarkt, insult və ya trombların ayrılmasına gətirib çıxarmayacaq.

Mütəxəssislərin sözlərinə görə, panik atakdan əziyyət çəkənlərin sağlamlıqlarına xüsusilə diqqətlə nəzarət etdikləri üçün, digərlərindən daha uzun ömür sürdüklərini göstərən sübutlar var.

Şərhlər