Oynaq xəstəliklərinin əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Qündəlik qida rasionunuza daha çox kalsiumla zəngin qidalar daxil etmək vacibdir. Kalsium çatışmazlığı zamanı orqanizm mineralı sümük toxumasından alır və bu, osteoporoza səbəb olur.

“Uşaqlıqdan bildiyimiz kimi, süd məhsulları kalsium mənbəyidir”. Qida rasionuzda süd məhsullarından normada istifadə etmək mütləqdir.

Bununla yanaşı, sümük toxumasının normal böyüməsinə kömək edən və dişlərin möhkəmliyindən cavabdeh olan D vitaminin qəbulu da önəmlidir. Treska balığı, yumurta sarısı, kərə yağı və s. qəbul edilməlidir.

Bundan əlavə, C vitamini dərinin, oynaqların və sümüklərin vəziyyətinə birbaşa təsir edən kollagenin sintezi üçün lazımdır. Bu vitamin, sitrus meyvələrində, duzlu kələmdə, giləmeyvə, həmçinin kivi və bibərdə olur.

Selen və kükürdlə zəngin qidalar yeməyi məsləhət görürülür. Selenyum oynaqların qidalanma proseslərində iştirak edir. O, qoz-fındıq, balıq, sarımsaq, yumurta, toyuq, hinduşka, mal əti qaraciyəri, həmçinin göbələk, kəsmik və dənli bitkilərdə olur. Kükürd bütün növ ət və balıqlarlarda zəngindir.

Şərhlər