Amerika alimləri zəif işıqlanan yerlərin insan orqanizminə mənfi təsirlərini araşdırıb. Tədqiqat zəif işıqlanmanın beyin funksiyalarına ciddi neqativ nəticələrini ortaya çıxarıb.
Məlum olub ki, bu cür mühitdə çox qalmaq beyinin idraki göstəricilərini pisləşdirir.
Üstəlik yaddaş qabiliyyətində geriləmələr və beyinin fəaliyyətinin aşağı düşməsinə səbəb olur.
Bu, gecə həyatını sevənlər və gecə növbəsində işləyənlər, eləcə də günəş işığının kasad olduğu iqlim ölkələri üçün olduqca pis xəbərdir.