Danimarka Dövlət Serum İnstitutunun baş epidemioloqu Tyra Grove Krause, Omicron variantı ilə bağlı halların dünyada sürətlə artacağını, lakin fevral ayı ilə birlikdə azalacağını bildirərək, bu yolla cəmiyyətin yaxşı bir immunitet qazanacağını vurğulayıb və iddia edibi ki, “Pandemiya 2 aya bitə bilər”.

Bu mövzu ilə bağlı türk elm adamlarının da öz fikirləri var.

Elmi Komitənin üzvü və yoluxucu xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Serap Şimşək Yavuz: Epidemiyanı ən pis ssenariləri nəzərə alaraq idarə etməliyik. Omicron variantının epidemiyaya son qoyacağı ilə bağlı şayiələr hələlik bir fərziyyədir və təsdiqlənməlidir. Omicron-un ötürülmə sürəti çox yüksəkdir və biz bilirik ki, o, peyvənd və ya xəstəlik keçirməklə qazanılmış immunitetdən yayınır. Bununla belə, biz onu da bilirik ki, peyvənd olunmuş və xəstəliyə tutulmuş insanlar xəstəliyi yüngül şəkildə keçirir. Ancaq ən pis ssenariləri nəzərdən keçirməli olduğumuz üçün indi “bitirəcək” deyə bilmərik.

“Qrip kimi simptomlar…”

Türk THORAX Cəmiyyəti Tənəffüs Sistemi İnfeksiyaları İşçi Qrupu Başçısı Prof. Dr. Füsun Öner Eyüboğlu: “Omicronda daha az ağciyər tutulması görürük. Klinik müşahidələrimiz ondan ibarətdir ki, daha çox soyuqdəymə və ya qripə bənzəyir.

Nəfəs darlığı və tənəffüs çatışmazlığı daha az rast gəlinir. Bununla belə, insanlar qrip və ya soyuqdəymə olduğunu düşünərək xəstəliklərini qiymətləndirməməli və bunun COVID-19 olduğunu güman edərək özlərini təcrid etməlidirlər. Düşünürəm ki, təxminən 2 həftə ərzində Omicronda pik nöqtəsinə çatacağıq və sonra hadisələr tədricən azalacaq.

Omicronun əlamətləri nələrdir?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə “Omicron” əlamətlərinin fərqləndiyinə dair heç bir məlumat olmadığını qeyd edib.

Başqa sözlə, öskürək, qızdırma, qoxu və dad itkisi hələ də koronavirusun əsas əlamətləri hesab olunur.

Cənubi Afrika xəstəxanalarında vəziyyəti ağır olan xəstələr var. Ancaq onların əksəriyyəti ya peyvənd olunmayıb, ya da cəmi bir doza vurdurub.

Bu isə koronavirusun köhnə və yeni ştammlarından qorunmaq üçün iki doza və bir də gücləndirici doza peyvənd vurdurmağın ən yaxşı variant olduğunu göstərir.

Şərhlər